Uzun müddət komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Asim Qafarov vəfat edib.

24 yaşlı Asim iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib.

Xatırladaq ki, sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər ölüb, 1-i isə yaralanıb. Yaralanan şəxs 24 yaşlı Asim Qafarov idi. Sürücü Ceyhun Yusifov isə hadisə yerində dünyasını dəyişmişdi.