Ukraynada hökumət dəyişikliyi – Kallasdan reaksiya gəldi

Avropa İttifaqı (Aİ) Ukraynada hökumət dəyişikliyini daxili məsələ hesab edir və istənilən Ukrayna rəhbərliyi ilə işləməyə hazırdır. 

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Hökumətin qurulması daxili siyasi məsələdir. Əlbəttə ki, işimizi davam etdirə bilməyimiz üçün orada həmsöhbətlərimizin olması bizim üçün vacibdir”, – deyə o bildirib.

Diplomat həmçinin qeyd edib ki, Brüssel üçün islahatlar üzərində işin davam etdirilməsi vacibdir və Ukrayna buna nail olmaq üçün əlindən gələni edir.

İyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Yuliya Svırıdenkonu vəzifəsindən azad etdi. Ukrayna lideri həmçinin ölkənin siyasi strategiyasında dəyişiklik olduğunu da bildirdi.