Ukrayna agentləri Amur və Çelyabinsk bölgələrindəki hərbi aerodromlara FPV dronlarını daşımaq üçün məişət texnikası ilə yüklənmiş maşınlardan istifadə ediblər.
Bu barədə FSB məlumat yayıb. Daha sonra onları qarajlarda aerodromlara hücumlara hazırlayıblar.
Ukrayna kəşfiyyat orqanlarının Rusiyanın “Ukrainka” (Amur vilayəti) və “Şaqol” (Çelyabinsk vilayəti) hərbi aerodromlarına FPV dronlarından istifadə etməklə planlaşdırdığı genişmiqyaslı hücumun qarşısı alınıb. Hücum cəhdinin qarşısı FSB zabitlərinin əvvəlcədən aldıqları kəşfiyyat məlumatları sayəsində alınıb.
Agentlik aydınlaşdırıb ki, FPV dronları Bryansk bölgəsində PUA və aerostatlar vasitəsilə yerləşdirilib.
“Düşmən agentləri” terrorçu silahlarını məişət texnikası ilə yüklənmiş “ikiqat dibli” qoşqulu yük maşınlarında Rusiya ərazisinin dərinliklərinə, birbaşa təyin olunmuş aerodromlara daşıyıblar. Onların yığılması və istifadəyə hazırlanması icarəyə götürülmüş qarajlarda həyata keçirilib”, – məlumatda deyilir.




