Türkiyədə koronavirusdan ölənlərin sayı artdı – 2376 ölü

0
365

Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 117 nəfər artaraq, 2376-a çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Son 1 gün ərzində 3083 nəfər virusa yoluxub. Bununla da, yoluxanların sayı 98 mini ötüb.

Ümumilikdə 16477 nəfər sağalıb.