Türkiyənin Samsun şəhərində iki uşaq anası olan azərbaycanlı həkim intihara cəhd edib.
A.B. Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri kafedrasında ixtisas təhsili alırmış. Dördillik ixtisaslaşma müddətinin başa çatmasına cəmi iki ay qalmış həkim evində intihara cəhd edib.
Bir müddət A.B.-dən xəbər ala bilməyən dostları onun evinə gediblər. Məhz onların sayəsində qadın xilas edilib. Hadisədən sonra Samsun Həkimlər Palatası açıqlama yayaraq sözügedən klinikada uzun müddətdir problemlərin yaşandığına diqqət çəkib və vəziyyətə təcili müdaxilə olunmasına çağırış edib.




