Türkiyə vətəndaşının ABŞ həbsxanasında müəmmalı ölümü: Etirazlar başladı

Nyu-Yorkda həbsdə olarkən xəstələnən türkiyəli velosiped taksi sürücüsü Musa Çətin dünyasını dəyişib.

Məlumatı “Anadolu Agentliyi” yayıb.

Bildirilib ki, Çətin Nyu-York Polis Departamenti tərəfindən saxlanıldıqdan sonra vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Onun ölüm xəbərindən sonra dostları və türk icmasının bir qismi xəstəxananın qarşısına toplaşaraq etiraz ediblər və səlahiyyətliləri hadisəni araşdırmağa çağırıblar.

Musa Çətinin meyitinin tibbi ekspertiza başa çatdıqdan sonra Türkiyəyə göndəriləcəyi gözlənilir.