Trampın 50 gün sonra edəcəyi həmlə: Rusiyanı belə çökdürəcək

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə dair razılaşma olmadığı halda Rusiyaya qarşı tarif planı Rusiya neft və qazının alıcılarına təsir edəcək.

Amerika liderinin planının təfərrüatlarını Ağ Evdəki mənbəyə istinadən “Washington Post” (WP) açıqlayıb.

Qeyd olunur ki, Trampın təklif etdiyi tədbirlər Rusiyadan idxala 100% rüsumların, habelə Rusiya neft və qazının alıcıları üçün ikinci dərəcəli tariflərin tətbiqi deməkdir.

“Buna görə də ABŞ-ın digər ticarət tərəfdaşları ilə problemləri ola bilər”, – nəşr vurğulayır.

Məqalədə deyilir: “Artıq qüvvədə olan idxal rüsumlarının üzərinə Çin mallarına 100 faizlik rüsumun əlavə edilməsi dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında ticarəti effektiv şəkildə bağlayacaq”.