Tramp Putinə ŞƏRT QOYDU – Qəbul et, görüşək

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə yalnız Ukrayna lideri Voladimir Zelenski ilə görüşəcəyi təqdirdə görüşməyə razılıq verdiyi iddia edilib.

Bu barədə “The New York Post” öz mənbələrinə istinadla məlumat yayıb.

“Görüşün baş tutması üçün Putin Zelenski ilə görüşməlidir”, – nəşr Ağ Evdəki mənbəyə istinadla yazıb.

Moskva və Vaşinqton Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirmək barədə razılığa gəliblər. Yaxın günlərdə, yəqin ki, gələn həftə baş tutacaq və artıq məkan da müəyyənləşib.

Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml bu təmasların uğurlu və məhsuldar olacağına ümid edir.