Tramp İran xalqına müraciət etdi: Hər yerə bomba düşəcək, gizlənin

ABŞ prezidenti Donald Tramp İran sakinlərindən sığınacaqlarda qalmalarını istəyib. 

ABŞ lideri bildirib ki, genişmiqyaslı Amerika hərbi əməliyyatı zamanı “hər yerə bomba düşəcək”.

Fevralın 28-də Tramp Tramp İranla bağlı “böyük və çətin qərar” verməli olduğunu bildirdi. Elə həmin gün İsrail İrana qarşı qabaqlayıcı hücuma başladı. Tramp tezliklə İrana qarşı hərbi əməliyyat elan etdi.