Taksi sürücüsünü hədələyib pulunu aldılar

0
381

Taksi sürücüsünü hədələyərək pulunu alan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron RPİ-yə müraciət edən Aşağı Güzdək qəsəbə sakini İ.Söhbətov oktyabrın 20-də Xırdalan şəhəri ərazisində idarə etdiyi “Nissan” markalı avtomobilə sərnişin qismində oturmuş iki nəfərin onu hədələyib 20 manat pulunu aldıqlarını deyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Bəkirov və N.Rəhimov müəyyən edilərək saxlanılıblar.