Məşhur deputatın qardaşı qızı İNK-da rəhbər vəzifədə

0
1333

 

Tanınmış millət vəkili Tahir Kərimlinin qardaşının qızı Ağsu rayon Təhsil şöbəsinin əməkdaşı, 2007-ci ildən Ağsu şəhərinin S.Umbayev adına 2saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Fəxriyyə Kərimli İctimai Nəzarət Koalisiyasının Ağsu rayon nümayəndəliyinin sədr müavini təyin olunmuşdur.
Bu barədə İNK-nın İdarə Heyətinin sədri, DAMM-ın I vitse prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov sərəncam verərək, təşkilatın regional nümayəndəliklərin yeni strukturunun hazırlanması və rəhbər heyətinin təyinatı ilə bağlı geniş məlumatın yaxın günlərdə açıqlanacağını biıdirmişdir.

“ictimaixeber.az”