Şuşa ilinə həsr olundu…

0
548

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə Abşeron rayon Xırdalan 11illik musiqi məktəbi şagirdlərinin” Şuşa İli” çərçivəsində “Əziz Şuşa ,sən azadsan!” adlı konserti böyük coşqu ilə keçirildi.
Konsert Abşeron rayon Mədəniyyət Mərkəzində baş tutdu. Tədbir ulu öndər H.Əliyevin və Azərbaycanımızın düşmən tərəfindən işgal olunmuş ərazilərimizin azad edilməsində Şəhid olmuş igid ogul və qızlarlmızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı …
Söz Abşeron rayon İH-nin başçısının müavini Gülnar Rəhimovaya verildi.O tədbir iştirakçılarını salamlayaraq təşkilatçılara və gənc musiqiçilərə ugurlar arzuladı..
Sumqayıt Regional Mədəniyyət idarəsinin sədri Rəşad Əliyev Azərbaycanımızın torpaqlarının 300ildən çox daim işgal olunmasından -1722-ci ildən başlayaraq Dərbəndin,1736 ildə Borçalının,1813cü ildə Gülüstan və 1828 ci ildə Türkməncay müqavilələrinin nəticələrində torpaqlarımızın itirilməsindən bəhs etdi
Eyni zamanda 1905- 1907 ci il,1918-1920 ci illərdə xalqımıza qarşı qırgınlar, 1937 ci il repressiyası,1948-1953 cü illərdə və 1988-1989 cu illərdə öz dogma yurdlarından deportasiya olunan millətimizin başına nələr gətirmədilər vandallar??!!1990 cı ildə ,1992 ci il Xocalı ,Agdaban soyqırımları, 2020 ci ildə Bərdə,Tərtər və Gəncədəki qırqınlara ermənipərəstlər göz yumdular..Müzəffər Ali Baş Komandanımızın qətiyyətli qərarı ilə baş tutan 44 günlük Vətən müharibəsi nəhayət, bütün agrı acılara son qoydu və dogma torpaqlarımız düşmən işgalından azad edildi…
Onu da qeyd edək ki, tədbirdə Zəngilan, Qubadlı,Şuşa,Xizı,Abşeron və Sumqayıt şəhərlərinin , Bakının mədəniyyət nümayəndələri ,validey nlər və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Möhtəşəm konsert T.Hacıyevin “Abşeron”mahnısı xorun ifasında orkestrin müşayiəti ilə başlandı…
Ardınca gənc musiqiçilər Ü.Hacıbəylinin “ Arşın mal alan” operettasından musiqi çələngini təqdim etdilər.Ümumiyyətlə, konsertin dirijoru “Əməkdar müəllim” İkram Manafovun istər repertuarın seçilməsi,istərsə də proqramın tərtibindəki rəngarənglik bütün dinləyicilərin böyük maraq və diqqətini xüsusilə cəlb edirdi.. Həqiqətən, böyük zəhmət və səy nəticəsində belə bir yüksək səviyyəli möhtəşəm tədbir alındı..
Bədii rəhbər Elşən Hüseynovun “Azərbaycan ritmləri”ni nagaraçılar ansamblı,T.Quliyevin “Laylay”ı Nicat Mənsimovun,xalq mahnısı” Şuşanın dagları”Nərgiz Süleymanlının ifasında gözəl səsləndi.Sahil Qurbanovun Saz çalanlar ansamblı “Bəhri-divani”aşıq havasını,A.Bəbirovun”Prelüd-skerso”Respublika və Beynəlxalq müsabiqələr laureatı Nuray Mehdiyevanın ifasında(müəl.Arzu Manafova)alqışlarla qarşılandı
Sonda qurulmuş kompozisiyada tanınmış korifey bəstəkarlarımızdan S.Ələskərovun(Poema),H.Rzayevin (“ Çahargah rapsodiyası”),Ü.Hacıbəylinin (“l fantaziya(l və llh)H.Xanməmmədovun (kamança və simfonik ork.üçün konsert)C.Cahangirovun( “Koroglu” k/f-dən Koroglunun mahnısı)və T
Quliyevin “Azərbaycan “ mahnısı ifa olundu
Tədbir “Qarabag şikəstəsi” ilə bitdi…Tədbiri hazırlayıb ugurla başa vuranlara Asəf Zeynallı adına musiqi kollecinin direktoru Nazim Zeynalov bütün dinləyicilər adından dərin minnətdarlıgını bildirərək onlara ugurlar dilədi.
Beləliklə,270 il bundan əvvəl Pənahalı xan tərəfindən təməli qoyulan və bu gün mədəniyyətimizin paytaxtı olan dogma Şuşamıza həsr olunmuş növbəti bir unudulmaz görüşümüz ugur qazandı…

Nəzakət Kərimova Əhmədova, DAMM və SİMİB -nin fəxri üzvü,”Yazarlar” jurnalının əməkdaşı,AJB üzvü, publisist.