Sülh sazişini imzalamağa çox yaxınıq – Baqdasaryan

Bakı və İrəvan sülh sazişini imzalamağa çox yaxındırlar.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun ləğvi və sülh sazişinin paraflanması ilə bağlı fəal müzakirələr aparır.

Baqdasaryan Azərbaycanla razılaşma əldə edildikdən sonra 42 km uzunluğunda olan dəmir yolunun tikintisinə başlanacağını da açıqlayıb.