Son 5 ayda neçə nəfər işlə təmin olunub?

Azərbaycanda bu ilin yanvar-may aylarında 65 min şəxs işlə təmin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Həmin dövrdə 170.1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, 322 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Həmçinin, 7.3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. 97.5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.