Smartfonlar tarix olur? – “OpenAI” ilk cihazını bu tarixdə təqdim edəcək

“ChatGPT” çatbotunun yaradıcısı “OpenAI”nin ilk cihazını nə vaxt təqdim etməyi planlaşdırdığı bilinib.

Bu barədə şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinə danışıb.

O bildirib ki, ABŞ şirkəti cihazın buraxılışını 2026-cı ilin ikinci yarısına planlaşdırır.

Şirkət rəsmisinin sözlərinə görə, yeni cihaz smartfonlardan daha səssiz və istifadəsi daha asan olacaq.

Cihazın texniki xüsusiyyətləri isə açıqlanmayıb.