Sizinlə eyni Vətənin övladı olmaq çox qürurvericidir!!

0
220

Doğum gününüz mübarək, cənab General!

Qəbələ rayon Vəndam qəsəbəsində General Mayor Polad Həşimovun anım mərasimi keçirildi.

Mərasimdə kənd icra nümayəndəsi, ruhanilər, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, şəhid ailələri, qazilər,yazarlar, kənd sakinləri iştirak etdi.

Əvvəlcə şəhidin ruhuna dualar oxunmuş, abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Polad Həşimovun qəhrəmanlgından danışılmışdır.

Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəbin birinci sinf şagirdi Ayla Abdurahmanova Polad Həşimova həsr olunmuş şeirlər söyləmişdir.

Tədbir Qəbələ Cümə məscidində davam etmişdir.
Polad Həşimovun adına Quran oxumuş çay süfrəsi verilmişdir.
Cümə məscidinin axundu Saleh hoca şəhid ailələrinə kitab hədiyyə etmişdir

Bu gün doğum günündür. İnsan ömrü üçün yaşın çox olması deyil, həyatın yaddaqalan olması önəmlidir.
Sen elə bir ömür yaşadın ki, adın tarixə qızıl hərflərlə yazıldı.
Şəhidim, adın çəkiləndə, ürəyim titrəyir. O qədər şərəfli ömür yaşadın ki, zəfərə aparan yola ayaq açdıq. Azərbaycanın qələbə zəfərinə şəhidliyinlə imza atdın.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin “, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri