Şirin duyğuların əsarətində olaq

0
226

Şirin duyğuların əsarətində olmaq elə xoşbəxtliyin özüdür.
Təəssüf ki, bu əsarət hər kəsə nəsib olmur. Yaxud da həyatın kiçik bir dövrünü əhatə edir. Sonra yalnız şirin, xoş xatirələrə dönür. Şükürlü, səbrli insanlara bu xatirələr yenidən yaşamaq nəsib edir. Bədbin insanlara isə bu yaşantı çox az nəsib olur.
Nikbinlik özü xoşbəxtliyin açarıdır. Səbrli olmaq da bütün böyük dərdlərin belə yaşantısını asanlaşdırır.
Özünü xoşbəxt, yaxud bədbəxt hiss edən hər bir kəsə şirin duyğular da nəsib olur. Bu iki məfhumun insan həyatında rolu gərgin mübarizədən keçsə də nikbinlik qalib gəlir. Sevincin istiqaməti sərhəd tanımır. Bir gözü ağlar, bir gözü gülər insanların həyatı nikbinliyə doğru can atır. Şirin duyğulara yiyələnmək hər kəsin haqqıdır. Qəlbi, niyyəti, əməli bədxah insanlar istisna olmaqla…
Qəlbimizdə hər zaman şirin duyğuların hökm etməsi üçün dünyaya baxışlarımız xoşluq inyektindən keçməlidir. Bu mütənasibliyə nail olmaq üçün xoş niyyətlərimizin təzahürünə can atmalıyıq.
Qəlblərin şirinliyində sevgi hisslərinin də rolu böyükdür. Sevgilərimiz hər zaman sevgi ilə qarşılaşmasa da nikbin hisslərimiz hər zaman səbrlərə yol açır.
Həyatda sayı-hesabı olmayan gözəlliklərdən zövq almağa heç bir kədər və sarsıntı mane olmamalıdır. Pisliyin sarsıntısı hər zaman müvəqqətidir. Xoşluğun qələbəsi isə ömürlükdür. Bizə bu xoş duyğuları bəxş edən Allaha şükür etməklə yaşayaq.

Sənubər