Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və digər bir neçə rəsmi şəxsin saxlanıldığı bildirilirdi.
Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov “Yeni Sabah”a açıqlamasında icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu qeyd edib. O əlavə edib ki, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.




