Sabah Tiflisdən 200 azərbaycanlı təxliyə olunacaq

 təxliyə olunacaq Azərbaycan vətəndaşlarından götürülən test nümunələrinin nəticələri açıqlanıb.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər ki, təxliyə olunacaq 200 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

Vətəndaşlarımız iyulun 13-də saat 10:00-da Azərbaycanın Tiflisdəki səfirliyinin qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar