Sən həmişə bizimləsən

0
239

Xususi Təyinatlı Qüvələrin baş leytinantı Aqşin Faiq oğlu Ənvərli 10 oktyabr 1994-ci ildə Qəbələ şəhərində ziyalı ailəsində anadan olmuşdur.
2012- ci ildə Nicat Apayev adına şəhər 4 saylı orta məkdəbini əla qiymətlərlə başa vurmuşdur. Eyni zamanda 2005 -2009 – cu illərdə Qəbələ şəhər incəsənət Məkdəbinin rəsamlıq ixtisasında təhsil alan Aqşin Ənvərli oranı da
əla qiymətlərlə bitirmişdir. Rayon və Respublika sərgilərində, müsabiqələrdində fəal iştirak edərək fəxri fərman, tərtifnamələr və hədiyələrlə mükafatlandırılmışdır.
2012 – ci ildə Azərbaycan Tibb Unuverstetinin hərbi həkim ixtisasına qəbul olunmuştur.
2018 -ci ildə unuversteti əla qiymətlərlə bitirərək leytinant rütbəsi ilə Naxcıvanda N saylı hərbi XTQ -nın həkimi kimi xidmətə başlamışdır. Bir müddət sonra Tibb xidmətinin rəisi irəli çəkilmişdir. 2 – Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Xocavəndin azadlıqı uğrunda gedən döyüşlərdə həm həkim, həmdə döyüşçü zabit kimi qəhrəmanlıqlar göstərmişdir.
Ağır yaralı olmasına baxmayaraq geri çəkilməmişdir. Daim hipakrat andına sadiq qalmış, hətta öz xərəyini başqa yaralıya verərək çox sayda yaralı əskəri və zabiti həyata qaytarmışdır. Göstərdiyi xidmətlərə və qəhrəmanlıqlara görə ona səngərdə baş leytinant rütbəsi verilmişdir.
6 noyabr 2020 -ci ildə Şuşa ətrafında gedən qızğın döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni. ” Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medaları ilə təltif edilmişdir.

Bu gün Qəbələ rayon Xırxatala kəndində Aqşin Ənənəvərlinin cənnətdəki dogum günü qeyd olundu.

Tədbirdə kənd sakinləri, Xəzər TV, Xəbər Az medya nümayəndələri, şəhidin yaxınları, axundlar, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi,Sabitlik və İnkişaf Mərkəzi,İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, şəhid ailələri,qazilər, yazarlar, məktəb müəllimləri iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş,ruhuna dualar oxunmuşdur.
Sonra çıxış edənlər şəhidin ailəsinə başsağlığı vermiş, şəhidin qəhrəmanlıgından danışmışlar.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri