Qəbələ rayonunun Mıxlıqovaq kəndindən olan Vətən müharibəsi şəhidi Elşən Babazadənin mövludu keçirilib.
Mərasimdə şəhid ailələri, şəhidin ailə üzvləri və yaxınları, din xadimləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, Qurani-Kərim tilavəti edilib.
Mövlud mərasimində din xadimləri tərəfindən şəhidlərin uca məqamından bəhs olunub, onların Vətən uğrunda göstərdikləri fədakarlıqlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.
Daha sonra mərasim şəhidin ata ocağında davam etdirilib. Burada çay süfrəsi təşkil olunub, iştirakçılar bir araya gələrək şəhidin ruhuna dualar edib, onun keçdiyi şərəfli həyat yolunu ehtiramla yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri







