Rusiyaya genişmiqyaslı hücum: Xeyli ölən və yaralanan var

Rusiyanın Rostov vilayətinə Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində üç nəfər ölüb, daha on nəfər yaralanıb.

Bu barədə Rusiya vilayətinin rəhbəri Yuri Slyusar bildirib. O, iki nəfərin xəstəxanada öldüyünü bildirib.

“Təəssüf ki, həkimlər daha iki nəfəri xilas edə bilməyiblər, onlar aldığı yaralardan xəstəxanada dünyasını dəyişiblər. Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – qubernator bildirib.

Bundan əvvəl Taqanroq meri Svetlana Kambulova bəyan etmişdi ki, hücum nəticəsində yerli sakin həlak olub.

Krasnodar diyarında 6 nəfər xəsarət alıb. Qubernator Venyamin Kondratyev qeyd edib ki, hücum genişmiqyaslı olub. Beş bələdiyyədə ən azı 20 evə ziyan dəyib.