Rusiyaya dost ölkə Aİ-nin sanksiyalarını dəstəkləyəcək: Amma bir şərti var

Serbiya, Avropa İttifaqına (Aİ) üzvlüyü “açıq-aşkar” bəlli olanda anti-Rusiya sanksiyalarını dəstəkləməyə hazırdır.

Bu şərti Serbiyanın Avropaya inteqrasiya üzrə naziri Nemanya Staroviç deyib. Onun sözlərini “Der Standard” sitat gətirib.

“Serbiya Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tam şəkildə dəstəkləməyə hazırdır, amma Aİ-yə üzvlük ölkə üçün bəlli olanda, yəni qoşulmağa cəmi bir neçə ay qalmış. Belqrad da əvvəldən Ukraynadakı münaqişəni açıq və birmənalı şəkildə pisləyib “, – siyasətçi bildirib.