Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə 125 Ukrayna dronu məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə ərzində növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 125 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, – deyə açıqlamada bildirilir.
Nazirlik bildirib ki, dronlar Belqorod, Bryansk, Voloqda, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Pskov, Smolensk, Tver, Tula və Yaroslavl vilayətləri üzərində vurulub.
Bundan əlavə, bəzi qurğular Moskva bölgəsi, Qara dəniz üzərində zərərsizləşdirilib.




