Rusiya və Ukrayna arasında cəsəd mübadiləsi

Rusiya və Ukrayna yeni hərbi cəsəd mübadiləsi həyata keçirilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Kiyevə 522 cəsəd təhvil verilib. Moskva da öz növbəsində 33 rus əsgərinin cəsədini alıb.

Rusiya və Ukrayna arasında sonuncu hərbi cəsəd mübadiləsi may ayının ortalarında baş tutmuşdu. Moskva 41, Kiyev isə 526 cəsəd almışdı.