Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO ölkələrinin Moskva ilə hərbi qarşıdurmaya həqiqi hazırlıqlar gördüyünü bildirib.
Qruşko qeyd edib ki, Şimali Atlantika Alyansı və Avropa Birliyinin əsas məqsədi Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır.
“Əlbəttə ki, biz onların əslində 2030-cu ildə Rusiya ilə hərbi toqquşmaya hazırlaşdıqlarını güman edirik”, – Aleksandr Qruşko deyib.
Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, strateji muxtariyyət adı altında Avropa ölkələrinin hərbi imkanlarının gücləndirilməsi qlobal təhlükəsizliyə ciddi risklər yaradır.
Nazirin sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya qoşulması şərqə doğru genişlənmənin davam etməsinin sübutudur. O əlavə edib ki, Kiyev ABŞ-dan və ittifaqdan asılı olmayaraq Avropa silahlı qüvvələrinin “vurucu qüvvəsi” kimi qəbul edilir.




