Rus sərhədçilər Ermənistanı tərk edir – Putin və Paşinyan razılaşdı

0
23

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

Bu barədə iqtidara yaxın “Baqramyan 26” “Telegram” kanalı bildirib.

Qeyd olunub ki, Paşinyanla Putin arasında danışıqlar uğurla nəticələnib.

Xatırladaq ki, ötən gün Paşinyanla Putin Aİİ sammitindən sonra təkbətək görüş keçiriblər. Onlar arasında danışıqlar bir saatdan çox çəkib.