Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu kimi son mövsümünü keçirə biləcəyini bildirib.
Ronaldo bu barədə “Vogue” jurnalına verdiyi müsahibədə bildirib:
“Bu, yəqin ki, futbolda son ilimdir və geridə böyük bir miras qoymaq istəyirəm. Bütün gələcəyimi planlaşdırmışam.
Məni məşğul edən o qədər çox işim var ki, yalnız birini seçmək çətindir.
Çünki futbol bitəndə böyük bir boşluq qalır və vaxtı yalnız bir şeylə deyil, fərqli şeylərlə doldurmaq lazımdır. Və həyatdan daha çox zövq almaq, daha çox səyahət etmək, padel izləmək və oynamaq istəyirəm. Nail olduqlarımdan, əldə etdiklərimizdən zövq almağa davam etmək istəyirəm. Çünki sonda 25 il çoxlu qurbanlarla dolu oldu”.



