“Real Madrid” Liqa-1-in bombardirini istəyir

0
228

“Real Madrid” rəhbərliyi Fransanın “Lill” klubunun hücumçusu Conatan Devidi heyətə qatmağı planlaşdırır.

Yazılanlara inansaq, İspaniya nəhəngi 21 yaşlı kanadalı forvardın transferini həyata keçirmək üçün Eden Hazardan da faydalanmağı planlaşdırır. Belə ki, 2005-2012 aralığında “doqlar”ın uğurları üçün çalışan Hazarı geri qaytarmaq qarşı tərəfin arzusudur.

Devid Liqa 1-in ən sərrast oyunçusudur. O, geridə qalan 18 turda 11 qol vurub.

Daha öncə sözügedən futbolçunun agenti müştərisinin mövsümün sonunda “Lill”i tərk edəcəyini açıqlamışdı