Rasim Məmmədovun təbriki

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov Milli Mətbuat Gününün 150 illiyi ilə əlaqədar media nümayəndələrinə təbrik ünvanlamışdır. Həmin təbriki oxucularla bölüşürük. Rasim Məmmədovun təbriki Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin direktoru, ictimai xadim Rasim Məmmədov Milli Mətbuat Gününün 150 illiyi ilə əlaqədar media nümayəndələrinə təbrik ünvanlamışdır. Həmin təbriki oxucularla bölüşürük:
Hörmətli media nümayəndələri! Əziz jurnalistlər! Zəngin ənənələrə malik Azərbaycan mediasının tarixi əlamətdar hadisələrlə zəngindir. Bu, hamıya məlumdur.
Ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsinə təkan vermişdir.
Azərbaycan mediası isə informasiya cəbhəsində mübarizə apararaq kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ, düzgün məlumatlandırılmasında böyük rol oynamışdır.
Mənim idarə etdiyim təşkilatların fəaliyyəti ilə bağlı bir çox media orqanlarına məlumatların verilməsinə görə onların hər birinə minnətdarlığımı bildirirəm. Onu da bildirmək istəyirəm ki, xəbərlərin dəqiqliyi və aktivliyi insanların həyatında xüsusi əhəmiyyət daşıyır. Bir vaxtlar küçələrdə qışqıraraq qəzet satanların işini sonra operativ poçt xidmətləri, indi isə internet yayımları həyata keçirir. Səhər yuxudan oyanan kimi internet xəbərlərinə yönəlirik. Mətbuat orqanlartının çoxu 24 saat işləyir. Operativ xəbər portallarının vəzifəsi insanların məlumat ehtiyacını doğru-düzgün ötürməklə yanaşı, xüsusi orqanların müvəqqəti gizli saxlanılmasına lazımi gərək xəbərlərinin yayılmasında da məsuliyyət daşıyırlar.
Bizim də hər birimiz bu məsuliyyəti daşıyanlara səmimi hörmətlə yanaşmalıyıq. Xalq arasında dördüncü hakimiyyət sayılan mətbuat orqanları da hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın vasitəçilik maraqlarını uca tuitmalı, vətəndaşlarımızın doğru və düzgün məlumat ötürmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə öz gücləri ilə çalışmalıdır.
Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş məlumatların inkişaf etdirilməsi cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.
Bayramınız mübarək əziz mətbuat işçiləri!
Xəbər ehtiyacımızı ödəməklə yanaşı, bütün sahələrdən saysız vətəndaşların, elm adamlarının, publisistlərin, yaradıcı jurnalistlərin qəlbimizə rahatlıq gətirən məsləhətləri, fikirləri, ideyaları ilə də xalqın baxış, qiymət, bilik aurasına da böyük dəstək verən, xidmət göstərən həqiqi, düzgün, məsuliyyətli, operativ, fədakar mətbuat orqanları işçilərinə xalqa xüsusi xidmətlərinə görə təşəkkür edirəm. Həyat və yaradıcılıq yolunuz hər zaman xoş xəbərlərlə dolu olsun.