Qondarma “erməni soyqırımı”nın əsas təbliğatçılarından biri koronavirusdan ölüb

Qondarma "erməni soyqırımı"nın əsas təbliğatçılarından biri koronavirusdan ölüb

Nikola Sarkozi hökumətində nazir postunda çalışmış erməni əsilli Patrik Devecyan 75 yaşında koronovirusdan vəfat edib. Devecyan martın 26-da “Twitter” səhifəsində COVID-19 virusuna yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini qeyd etmiş və tibb işçilərinə ona göstərilən qayğıya görə təşəkkür etmişdi.

Qeyd edək ki, Patrik Devecyan Fransanın sabiq prezidenti Nikola Sarkozinin müşaviri olmuş və 2008-ci ildə qlobal iqtisadi böhrandan sonra Fransa iqtisadiyyatının bərpası planın hazırlanması ilə məşğul olan nazirlikdə nazir postuna təyin olunmuşdu. O ölümünə qədər Parisin Hauts-De-Seine administrativ rayonunun rəhbəri vəzifəsində çalışıb. Erməni əsilli siyasətçi qondarma “erməni soyqrımı”nın Fransada tanınması ilə bağlı əsas təbliğatçılardan biri olub.