Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Dünya Kubokunun boykot edilməsi məsələsini müzakirə edəcək.
Bu barədə Sky məlumat yayıb.
Bildirilir ki, UEFA bu həftə FİFA-nın Dünya Kubokuna ev sahibliyi hüquqlarının bir hissəsini özəl şirkətlərə satmaq planları ilə razılaşmamasından sonra təcili iclas keçirəcək. İclas onlayn keçiriləcək.
Bu ideyanı həyata keçirmək üçün FİFA-nın yalnız 211 futbol assosiasiyasının əksəriyyətinin dəstəyini təmin etməsi kifayətdir. Lakin avropalılar turnirin uğurunun əsasən özlərindən asılı olduğuna inanaraq Dünya Kubokunu boykot etməyə hazırdırlar.
“The Telegraph” qəzeti əvvəllər FİFA prezidenti Canni İnfantinonun Dünya Kubokundakı payı özəl investorlara satmağı düşündüyünü bildirmişdi.




