Putin telefon danışığında Paşinyana hər hansı bir ultimatum veribmi?..

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin ona heç bir son tarix və ya ultimatum qoymadığını bildirib.

Aysor.am-ın Rusiya liderinin Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində (AİB) qalmaqla bağlı referendum keçirmək üçün son tarix verib-verməməsi ilə bağlı sualına cavab olaraq Paşinyan deyib:

“Hər hansı bir ultimatumla əlaqəli ritorika bizim üçün qəbuledilməzdir.”

O, Ermənistanın suveren hüquqları ilə bağlı qərarları müstəqil şəkildə qəbul etdiyini bildirib.

“Mən artıq demişəm: referendum keçirib-keçirməmək və nə vaxt keçirmək barədə qərar verməli olan bizik”, – deyə baş nazir vurğulayıb.