Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
“Sizi görməyə, bu gün və sabah keçiriləcək tədbirlər çərçivəsində söhbət etmək imkanına sahib olduğum üçün çox şadam. Uzun müddətdir görüşməmişik və müxtəlif mövzular, ikitərəfli, regional və beynəlxalq məsələlər yığılıb. Ümid edirəm ki, bu günkü görüşümüz faydalı və məzmunlu olacaq”, – Putin görüşün əvvəlində bildirib.
Qeyd edək ki, bu görüş Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə açıqladığı ilkin cədvəldə nəzərdə tutulmamışdı.




