Prezidentdən Şoyquya: Putinlə danışdıq …

0
687

Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı deyib.

“Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm”, – Prezident bildirib.