Polis onları “ovlayır”? – Polkovnikdən ilginc cavab

0
376

Polis onları “ovlayır”? – Polkovnikdən ilginc cavab

İlk növbədə deyim ki, belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla məşğul olan bir qrup şəxsdir ki, bəziləri ölkənin daxilində, bəziləri isə xaricindədir.

Bu sözləri  “Bəzi müxalifət nümayəndələrinin ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polisin cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs etməsi” iddiaları ilə bağlı sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin rəhbəri, polis polkivniki Ehsan Zahidov deyib.

O bilirib ki, belə şəxslərin məqsədi, niyyəti xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq, vahimə, xof, təşviş yaratmaq, ən əsası da dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmağa cəhddən başqa bir şey deyil:

“Nə demələrindən asılı olmayaraq, dövlət öz vətəndaşının yanındadır, onun sağlamlığının keşiyindədir. O ki qaldı karantin rejiminə nəzarəti həyata keçirən DİN əməkdaşlarının və hərbi qulluqçularının guya bu vəziyyətdən istifadə edərək həmin pozuculara yaxın olan şəxsləri “ovlamaq”larına, bu tamamilə qərəz və şantajdır. Təsəvvür edin ki, təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibari qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.

Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş 154, barələrində digər tənbeh tədbirləri görülmüş 33 min şəxsdən neçəsi bunların “adamları” olub? Qoy olsun 3 nəfər, 5 nəfər. Bəs qalanları kimdir?”

E.Zahidov vurğulayıb ki, siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq, onların hamısı bizim vətəndaşlardır:

“Karantin rejimini pozan şəxsin hansı peşə sahibi olmasının, hansı siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını riskə qoyaraq, nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da”.

Polkovnik bu pozucu qrupun bəzi “təssübkeşləri”nin karantin rejimini qəsdən pozduğuna əminliyini də ifadə edib:

“Pozucu qrupun məkrli planı olduğuna da əminik. Belə ki, onların özünün 3-5 nəfər “təəssübkeşi” qəsdən qaydaları pozur, buna görə də barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək, hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparırlar. Deməli, xüsusi karantin rejimindən polis deyil, məhz polisi günahlandıran həmin qaragüruh sui-istifadə edir.

Bir daha vurğulayıram ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq, cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır”.