Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama

Bu gün saat 19:35 radələrində bəzi avtobuslarda quraşdırılmış kart oxucularında yaranmış qısamüddətli texniki nasazlıq səbəbindən BakıKart, bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş zamanı müvəqqəti çətinlik müşahidə olunub.

Nasazlıq operativ şəkildə aradan qaldırılıb və saat 20:00 etibarilə sistemin fəaliyyəti tam bərpa olunub