Paralimpiyaçımız Portuqaliyada dünya çempionatının gümüş medalını qazanıb

0
176

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının gümüş medalını qazanıb.

O, 100 metrəyə arxasıüstə üzmə növündə 1:00.71 nəticə göstərib.

Qeyd edək ki, Saley Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibidir.