Nazirlər Kabineti Milli Məclislə uzlaşdırılmış fəaliyyət göstərir – Baş Nazir

0
387
“İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini şərtləndirib”.

Bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş Nazir bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək:

“Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr islahatları digər qurumlar kimi, Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verməkdədir. 2019-cu il islahatlar ili kimi yadda qalıb. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan “Doing Bizness” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”.