Myanmada polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 730 nəfərə çatıb

Myanmada fevral ayından etibarən təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 730 nəfərə çatıb.

Bu barədə Siyasi Məhbuslara Yardım Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına əsasən, hazırda 3 152 nəfər istintaq altındadır.

Məhkəmə 75 nəfəri həbsə məhkum edib.  

Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.