Moskva və Kiyevlə danışa bilən yeganə lider odur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı ölkəsinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirdiyini təsdiqləyib.

Bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, ölkə başçısı özünü həm Moskva, həm də Kiyevlə danışa bilən vasitəçi kimi mövqeləndirib.

Qeyd edilib ki, dünyanın eyni vaxtda iki böyük münaqişə ilə (Ukrayna və Yaxın Şərqdə) üz-üzə qaldığı hazırkı şəraitdə Ankaranın regional sabitləşdirici rolu kritik dərəcədə vacibdir.

Vurğulanıb ki, Ərdoğanın İrandakı “geostrateji dalan” barədə bəyanatı sadəcə faktın təsdiqi deyil, həm də bir xəbərdarlıqdır: əgər ABŞ və müttəfiqləri aydın bir çıxış planı olmadan eskalasiyanı davam etdirsələr, münaqişə bütün bölgəyə yayıla, Türkiyəyə və digər NATO ölkələrinə təsir edə bilər.