Moratadan Mourinyo açıqlaması: “El klasiko”ya ona görə baxacam

Leqanes”in hücumçusu Alvaro Morata Joze Mourinyonun “Real Madrid”ə qayıtmasından niyə məmnun olduğunu açıqlayıb.

” Real Madrid” və “Atletiko Madrid”in keçmiş oyunçusu “Mətbuat konfransında Joze Mourinyonun dediyi sözləri eşitdinizmi?” sualına belə cavab verib:

“Düzünü desəm, onun belə bir şey deməsini səbirsizliklə gözləyirdim, çünki bu, məni güldürür. Bir azarkeş kimi özüm üçün danışıram. Ümid edirəm ki, “Atletiko” çempionluğu qazanacaq, amma əgər “el klasiko”nu məhz Mourinyoya görə izləyəcəyəm. O, oyuna rəng qatır”.

Xatırladaq ki, “Real Madrid” və “Betis” (0-1) arasında keçirilən matçın 94-cü dəqiqəsində Kilian Mbappe penaltidən yararlana bilmədi. VAR sistemi “Betis”in müdafiəçisi Mark Bartra və digər oyunçuların cərimə meydançasına çox erkən daxil olub-olmadığını müəyyən etməyə çalışdı.

Nəticədə hakimlər heç bir qayda pozuntusu aşkar etmədilər və penalti təkrarlanmadı.

“Real”ın baş məşqçisi bu epizodla bağlı şərh verib: “Niyə penalti təkrarlanmadı? Bəlkə də VAR qaydaları bilmədiyinə görə, ya da bəlkə də bunu etmək istəmədikləri üçün. Hakim niyə monitora çağırılmadı? Qəribədir”.