Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa çox yaxındırlar.
Bunu ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində söyləyib.
“Ermənistan, Azərbaycan – biz orada möcüzə yaratdıq və sülh sazişi artıq məqsədə yaxındır”, – deyə Tramp bildirib.
Xatırladaq ki, Tramp bir neçə gün öncə NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında da bu mövzuda danışmışdı. O, Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla həll olunacağını bildirmişdi.




