Kürdə köməksiz qalan ailə üzvləri xilas edildilər

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan ailə üzvləri xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Açıqlamada qeyd olunub ki, hadisə yerinə cəlb olunan qurum əməkdaşları tərəfindən vətəndaşlar təhlükəsiz əraziyə təxliyə ediliblər.