Krım körpüsü bağlandı

Krım körpüsü nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb.

Bu barədə körpünün giriş yollarındakı vəziyyəti işıqlandıran “Max” informasiya mərkəzinin əməliyyat kanalı məlumat verib.

“Körpüdə və təhlükəsizlik zonasında olanlardan sakit qalmalarını və nəqliyyat təhlükəsizliyi işçilərinin təlimatlarına əməl etmələrini xahiş edirik”, – məlumatda deyilir.

Yol hərəkətinin bağlanması barədə məlumat iyulun 13-də Moskva vaxtı ilə səhər saat 10:52-də (Bakı vaxtı ilə 11:52) verilib. Yolun bağlanmasının səbəbi açıqlanmayıb.