Kral III Çarlz sarayda yaş salfetlərdən və şamdan istifadəni qadağan edibmiş

Kral III Çarlz sarayda yaş salfet və şamdan istifadəni qadağan edib.

Bu barədə “New York Post” məlumat yayıb.

Belə ki, əvvəllər sarayda on ildən çox işləmiş təmizlikçi Enn Simmons kral ailəsinin qəribə adətlərini açıqlayıb.

Onun sözlərinə görə, sarayda uzun illər qadağan olunmuşlar siyahısında bir məhsul xüsusi diqqət çəkir: birdəfəlik yaş salfetlər.

Buna səbəb isə onların köhnə santexnikada problemlər yaratması olub. “Bu, daimi tıxanmalara və bahalı təmirə səbəb olurdu”, – deyə sarayın keçmiş işçisi qeyd edib.

Sarayda ətirli şamlar isə havaya buraxdığı “toksinlər”ə görə qadağandır.

“Bukingem sarayı kimi havanın keyfiyyətinə ciddi nəzarət edilən yerdə onlara tamamilə qadağa qoyulub” – deyə Simmons vurğulayıb.