Kosmosda ilk dəfə süni intellektdən istifadə ediləcək

Rusiyanın “Sber” şirkətinin “GigaChat” neyron şəbəkəsinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi kosmosda süni intellektin ilk istifadəsi olacaq.

Bu barədə “Sber”in Tədqiqat və İnnovasiya üzrə vitse-prezidenti Albert Yefimov məlumat verib.

Məlumata görə, “GigaChat” ilk dəfə BKS-də kosmonavtlar tərəfindən istifadə olunacaq. O hesabatlar hazırlayacaq və məlumat bazaları ilə işləyəcək. Bununla da süni intellekt ekipajın gündəlik işini asanlaşdıracaq.

Buraxılışın 27 noyabrda baş tutacağı planlaşdırılır.