Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? – AYIQ OLUN!..

0
387

“Rəqəmsal cəmiyyət düzəni sonda bədənimizə çip yerləşdirilməsi ilə nəticələnə bilər…”

“Tövsiyələr: Panikaya düşməmək, gigiyenamıza və müalicələrimizə davam edib, tez bu vəziyyətdən çıxmaq. Ən başlıcası – ruhdan düşməmək və Allaha təvəkkül etmək…”

Koronavirusun həndəsi silsilə ilə yayılması və gündəlik dünya üzrə daha çox insanın buna yoluxması və dünyalarını dəyişməsi faktı bunun bioloji silah olmasına əsas verir. İndi əsas məsələ – bunu həyata keçirən dairələrin bunu nə üçün etməli olduqları və bunun fəsadlarından necə qorunmaq barədə düşünməkdir. Bunu anlamaq üçün, görək koronavirus bizi nədən məhrum edir və hansı yeni düzənə tərəf sürükləyir.
Koronavirus bizi nələrdən məhrum edir və fəsadları:
1. Canlı real ünsiyyətdən məhrum olmaq (fəsadı – sosial varlıq statusundan çıxmaq, qoxumluq əlaqələrinin kəsilməsi).
2. Passiv həyat tərzi sürmək və hərəkətsizlik (fəsadları – panika və stress).
3. Dini mənsubiyyətindən asılı olmayaraq, birgə ibadətlərdən və müqəddəs yerləri ziyarətdən məhrum olmaq (fəsadları – mənəvi boşluq və imanın zəifləməsi).
4. Səfər etmək və istirahətdən məhrum olmaq (fəsadları – stress, yorğunluq, digər xəstəliklərə tutulmaq riski).
5. İqtisadiyyatın kəskin zəifləməsi (fəsadları – iş yerlərinin azalması, rifahın aşağı düşməsi)
Koronavirus səbəbindən daha tez sağalmaq üçün hamımız evdə oturmalı oluruq. Evdə oturmağımız bizi daha da virtuallaşdırır. Misal üçün, yemək, əşya, təhsil – bunların hamısını on-line əldə etməyə məcbur oluruq. Hətta bir azdan həkim müayinəsi və müalicələrin təyin olunması da virtual ola bilər. Bir neçə ölkədə bu praktika artıq var. Sanki neçə ildi sosial şəbəkələr vasitəsilə buna hazırlaşdırılırıq. Amma insan həm virtual, həm də real həyatda bunların hamısını edə bilirdi. İndi isə üstünlük daha çox virtuallaşmadadır. Çünki koronavirus bəlasından xilas olmaq üçün məcburən evdə öturmalıyıq.
Koronavirus səbəbindən nələrə doğru gedirik:
1. Yeni dünya düzəninə keçid – rəqəmsal cəmiyyət düzəni.
2. Alış-veriş, iş, ünsiyyət, səyahət, istirahət, ictimai və siyasi fəallıq və s. – hamısının on-line olması.
3. On-line pul vasitəsinin meydana çıxması. Hər şeyi on-line həll edəcəyimizdən on-line və ya internet pul vasitəsinin meydana çıxması. İndiki iqtisadi durum və valyutaların dəyərdən düşməsi də buna zəmin yaradır. Hətta iqtisadiyyatın zəifləməsi və camaatın borclarının yaranması və mövcud pulların dəyərlərinin düşməsi fonunda banklar vasitəsilə mövcud kağız pulların on-line pul vasitəsinə keçidi mümkün ola bilər.
4. Beyinə, yaxud bədənin digər üzvünə çip yerləşdirilməsi. Hal-hazırda dünyada bu praktika var, amma bir neçə yüz adamdan o yana nəticə verməyib, çünki könüllü bir prosesdir. Lakin toplumlar koronavirus bəlasından birlikdə tezliklə qurtulmasalar və virtual varlıq olmalarını qəbul etsələr, bu, hər kəsə labüd olacaq.
Göründüyü kimi, rəqamsal cəmiyyətin üstünlüklərindən çox fəsadları var. Və bizi sosial varlıqdan virtual varlığa çevirir. Həqiqi insanı duyğular, hisslər və xoşbəxtlik süni bir şeylə əvəz olunur. Daha çox nəzarətdə və istismarda ola bilərik. Odur ki, koronavirus ilə mübarizədə toplumlar cəmlə birgə bütün imkanları səfərbər etməklə, tezliklə buna qalib gəlməlidirlər ki, bəzi dairələrin bizi yeni dünya düzəninə sürükləməsi planı baş tutmasın. Və yenidən sosial varlıq statusuna qayıdaq.
Tövsiyələr:
1. Panikaya düşməmək, gigiyenamıza və müalicələrimizə davam edib, tez bu vəziyyətdən çıxmaq.
2. İş adamları tələsik bizneslərini qəpik-quruşa satmasınlar yaxud təklif oluna biləcək yeni on-line pul vasitəsi müqabilində əvəz etməsinlər.
3. Ən başlıcası – ruhdan düşməmək və Allaha təvəkkül etmək