Klinikadan hospitalda baş verən ölüm hadisəsi ilə bağlı AÇIQLAMA

“Modern” hospitalı tibb müəssisəsində baş verən ölüm hadisəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Klinikadan bildirilib ki, Həsən Həsənov xəstəxanaya daxil olan zaman artıq vəfat edibmiş:

“Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi. Sadəcə olaraq yaxınları bundan məlumatlı olmayıb. Tibbi olaraq həmin şəxs müayinə olunub və ölüm faktı təsdiqlənərək yaxınlarına bildirilib”.