Kişi şahmatçılar arasında Azərbaycan çempionatında final oyunlarına start verilib

0
121

Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib.

Çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylini məğlub edərək üstünlük qazanıb.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə edib.

Bu gün şahmatçılar arasında cavab matçları keçiriləcək.

Qeyd edək ki, iki görüşdən sonra hesab bərabər olarsa, tay-brek oynanılacaq.